ABŞ Çini Vançjounun saxlanılması ilə ticarəti bir-birinə qatmamağa çağırıb

ABŞ Çini Vançjounun saxlanılması ilə ticarəti bir-birinə qatmamağa çağırıb Bakı. 10 dekabr. REPORT.AZ/ Huawei Technologies şirkətinin maliyyə direktoru Men Vançjounun saxlanılması ABŞ və Çin arasında ticarət danışıqlarına təsir etməməlidir.
Digər ölkələr
10 Dekabr , 2018 07:39
ABŞ Çini Vançjounun saxlanılması ilə ticarəti bir-birinə qatmamağa çağırıb

Bakı. 10 dekabr. REPORT.AZ/ "Huawei Technologies" şirkətinin maliyyə direktoru Men Vançjounun saxlanılması ABŞÇin arasında ticarət danışıqlarına təsir etməməlidir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində Birləşmiş Ştatların ticarət nümayəndəsi Robert Laythayzer deyib.

"Hesab edirəm ki, bu, ciddi təsir göstərməməlidir. Mən Çinin baxış bucağına o anlayışla yanaşa bilərəm ki, onlar bunu bu şəkildə görürlər (ABŞ-ın ticarət müzakirələrinin gedişatına təzyiq göstərmək cəhdi kimi). Amma bu ədalət məhkəməsi məsələsidir. Bu, mənim üzərində işlədiklərimdən tamamilə ayrı bir sahədir", - deyə Laythayzer bildirib.

Bundan əvvəl Çin ABŞ-dan Vançjounun həbsinə dair sorğunun ləğvini tələb edib.

Son xəbərlər

Orphus sistemi