Yuxarı

31 yaşlı Sebastyan Kurts Avstriyanın yeni kansleri olacaq

31 yaşlı Sebastyan Kurts Avstriyanın yeni kansleri olacaq
Seçkilərdə onun rəhbərlik etdiyi partiya 31,4% səslə liderlik edir

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avstriyada keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ilkin nəticələrə görə, seçkilərdə ölkənin xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar əhval-ruhiyyəli Avstriya Xalq Partiyası (ANP) liderlik edir.

Partiya lideri indi Nazirlər Kabinetinin formalaşdırılması səlahiyyətinə sahib olacaq. Bundan əlavə, qələbə Kurtsa respublikanın kansleri postunu tutmaq imkanı verəcək.

Səslərin ilkin hesablanmasından sonra ANP 31,4% səs toplayaraq əhəmiyyətli fərqlə birinci yeri tutur ki, bu da parlamentdə 61 deputat mandatına iddia etmək hüququ verir. İkinci yerdə 27,4% səslə sağçı Avstriya Azadlıq Partiyası qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi