31 yaşlı Sebastyan Kurts Avstriyanın yeni kansleri olacaq

31 yaşlı Sebastyan Kurts Avstriyanın yeni kansleri olacaq Seçkilərdə onun rəhbərlik etdiyi partiya 31,4% səslə liderlik edir
Digər ölkələr
16 Oktyabr , 2017 01:42
31 yaşlı Sebastyan Kurts Avstriyanın yeni kansleri olacaq

Bakı. 16 oktyabr. REPORT.AZ/ Avstriyada keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ilkin nəticələrə görə, seçkilərdə ölkənin xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar əhval-ruhiyyəli Avstriya Xalq Partiyası (ANP) liderlik edir.

Partiya lideri indi Nazirlər Kabinetinin formalaşdırılması səlahiyyətinə sahib olacaq. Bundan əlavə, qələbə Kurtsa respublikanın kansleri postunu tutmaq imkanı verəcək.

Səslərin ilkin hesablanmasından sonra ANP 31,4% səs toplayaraq əhəmiyyətli fərqlə birinci yeri tutur ki, bu da parlamentdə 61 deputat mandatına iddia etmək hüququ verir. İkinci yerdə 27,4% səslə sağçı Avstriya Azadlıq Partiyası qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi