Vurğun Hüseynov: "DÇ-2022-də Braziliya millisinin qalib olmasını istəyirəm"

Vurğun Hüseynov: "DÇ-2022-də Braziliya millisinin qalib olmasını istəyirəm" "Mundialda Braziliya millisinin çempion olmasını istəyirəm".
Dünya Çempionatı - 2022
5 Dekabr , 2022 15:05
Vurğun Hüseynov: DÇ-2022-də Braziliya millisinin qalib olmasını istəyirəm

"Mundialda Braziliya millisinin çempion olmasını istəyirəm".

Bunu "Report"a müsahibəsində “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov Qətərdə keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.

34 yaşlı müdafiəçi turniri diqqətdə saxladığını bildirib: "Bacardığımız qədər hər oyunu izləyirəm. Uşaqlıqdan da "sambaçılar"a azarkeşlik edirəm".

Qeyd edək ki, Braziliya yığması 1/8 finalda bu gün Cənubi Koreya ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Vurğun Hüseynovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi