Mundialların pley-offlarında qol vuran ən yaşlı futbolçuların sıralamasında dəyişiklik olub
- 05 dekabr, 2022
- 08:34
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya çempionatları tarixində pley-off mərhələlərində qol vuran ən yaşlı futbolçuların adlarını açıqlayıb.
“Report” xəbər verir ki, Qətərdə keçirilən mundialın 1/8 final mərhələsində Polşa üzərində 3:1 hesablı qələbəyə 1 qolla töhfə verən Fransa yığmasının hücumçusu Jiru siyahıda 4-cü yerə yüksəlib.
Qarşılaşmada ilk qolun müəllifi olan Jiru 36 yaş 65 günlüyündə fərqlənməklə Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeni qabaqlayıb. Siyahıya kamerunlu Roje Milla başçılıq edir. O, DÇ-1990-ın 1/8 finalında Kolumbiya ilə görüşdə qol vuranda 38 yaş 34 günlüyündə olub.
| Futbolçu | Yığması | Yaşı | Tarix | Oyun | |
| 1 | Rojer Milla | Kamerun | 38 yaş 34 gün | 23/06/1990 | Kolumbiya – 2:1 |
| 2 | Qunnar Qrin | İsveç | 37 yaş 236 gün | 24/06/1958 | Almaniya – 3:1 |
| 3 | Obdulio Varela | Uruqvay | 36 yaş 279 gün | 26/06/1954 | İngiltərə - 4:2 |
| 4 | Olivye Jiru | Fransa | 36 yaş 65 gün | 04/12/2022 | Polşa – 3:1 |
| 5 | Miroslav Kloze | Almaniya | 36 yaş 29 gün | 08/07/2014 | Braziliya – 7:1 |