Lui Van Qal mundiallarda yeganə məğlubiyyətini Argentinadan alıb

Lui Van Qal mundiallarda yeganə məğlubiyyətini Argentinadan alıb Niderland millisinin baş məşqçisi Lui Van Qal dünya çempionatlarında yeganə məğlubiyyətini Argentinadan alıb.
Dünya Çempionatı - 2022
5 Dekabr , 2022 15:22
Lui Van Qal mundiallarda yeganə məğlubiyyətini Argentinadan alıb
Lui Van Qal

Niderland millisinin baş məşqçisi Lui Van Qal dünya çempionatlarında yeganə məğlubiyyətini Argentinadan alıb.

“Report”un məlumatına görə, 71 yaşlı mütəxəssis mundiallarda milli komandanı indiyə qədər 11 oyuna çıxarıb.

“Narıncılar” bu qarşılaşmaların 9-da qələbə qazanıb, 1-də heç-heçə edibsə, yeganə yenilgi DÇ-2014-ün yarımfinal mərhələsində Argentina ilə matçda olub. Əsas vaxtı 0:0 hesabı ilə nəticələnən oyunun penaltilər seriyasında rəqibini üstələyən (4:2) cənubi amerikalılar finala yüksəliblər.

Qeyd edək ki, Niderland yığması DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Argentina ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi