Fernandu Santuş: "Ronaldunu ehtiyatda saxladığım üçün peşman deyiləm"

Fernandu Santuş: "Ronaldunu ehtiyatda saxladığım üçün peşman deyiləm" "Ronaldunu ehtiyatda saxladığım üçün peşman deyiləm".
Dünya Çempionatı - 2022
10 Dekabr , 2022 23:42
Fernandu Santuş: Ronaldunu ehtiyatda saxladığım üçün peşman deyiləm

"Ronaldunu ehtiyatda saxladığım üçün peşman deyiləm".

"Report"un məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Qətərdə keçirilən dünya çempionatında Mərakeşə 0:1 hesabı ilə uduzduqları 1/4 final oyunundan sonra mətbuat konfransında deyib.

68 yaşlı mütəxəssis 37 yaşlı hücumçunun İsveçrəni 6:1 hesabı ilə darmadağın etdikləri 1/8 final matçında da ehtiyatda qaldığını xatırladıb: "Həmin qarşılaşmada komanda çox yaxşı çıxış etdi. Ronaldu əla futbolçudur. Bugünkü görüşdə həqiqətən lazım olduğunu anlayanda onu meydana buraxdıq. Dediyim kimi, qərarıma görə təəssüflənmirəm".

Qeyd edək ki, Portuqaliyanı mübarizədən kənarlaşdıran Mərakeş millisi tarixində ilk dəfə yarımfinala yüksəlib. Afrika təmsilçisi finala gedən yolda İngiltərə - Fransa cütünün qalibi ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi