Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.
"Report"un məlumatına görə, mundiallarda qapısını ən uzun müddət toxunulmaz saxlayan çərçivə qoruyucuları açıqlanıb.
İtaliya millisinin sabiq oyunçusu Valter Zenqa 1990-ci ildəki turnirdə ardıcıl 516 dəqiqə qapısını toxunulmaz saxlayıb.
62 yaşlı veteran qolkiper həmin vaxt 5 qarşılaşmada qol buraxmayıb.
Ümumilikdə bütün dünya çempionatları tarixində yalnız 9 çərçivə qoruyucusu 400 və daha artıq dəqiqə qol buraxmadan dayanıb.
Mundialların seçmə mərhələsində isə ən çox qapısını toxunulmaz saxlayan qapıçı Yeni Zelandiyadan olan Riçard Uilsondur. O, 1982-ci ildəki yarışın seçmə mərhələsində 921 dəqiqə qapısında qol görməyib.
Futbolçu |
Ölkəsi |
Dəqiqə |
Seriyanın başlaması |
Bitməsi |
|
1 |
Valter Zenga |
İtaliya |
516 |
09/06/1990 |
03/07/1990 |
2 |
Piter Şilton |
İngiltərə |
500 |
16/06/1982 |
03/06/1986 |
3 |
İker Kasilyas |
İspaniya |
476 |
25/06/2010 |
13/06/2014 |
4 |
Zepp Mayer |
Almaniya |
474 |
07/07/1974 |
18/06/1978 |
5 |
Canluici Buffon |
İtaliya |
459 |
17/06/2006 |
09/07/2006 |
6 |
Emerson Leao |
Braziliya |
457 |
03/06/1978 |
21/06/1978 |
7 |
Qordon Benks |
İngiltərə |
441 |
11/07/1966 |
26/07/1966 |
8 |
Oliver Kan |
Almaniya |
426 |
05/06/2002 |
30/06/2002 |
9 |
Karlos |
Braziliya |
400 |
01/06/1986 |
21/06/1986 |