Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatlarında ən çox qələbə qazanan mütəxəssislərin siyahısında ikinci pilləyə yüksəlib.
“Report”un məlumatına görə, Qətərdə keçirilən DÇ-2022-nin yarımfinal mərhələsində Mərakeşi 2:0 hesabı ilə üstələyən Avropa təmsilçisi Deşamın rəhbərliyi altında 14-cü qalibiyyətinə sevinib.
2012-ci ildən yığmaya rəhbərlik edən 54 yaşlı baş məşqçi bu göstəriciyə mundiallardakı 18-ci matçında çatıb. Onun rəhbərliyi altında komanda 2 dəfə heç-heçə edib, 2 dəfə isə məğlub olub. Deşam qələbə sayında Portuqaliya və Braziliya yığmasının sabiq çalışdırıcısı Luis Felipe Skolariyə çatıb. İndi o, yalnız Almaniya millisinin sabiq baş məşqçisi Helmut Şöndən (16 qələbə) geri qalır.
Qeyd edək ki, Fransa yığması DÇ-2022-nin final oyununu dekabrın 18-də Argentina seçməsinə qarşı keçirəcək.
Məşqçi |
Ölkəsi |
Qələbə |
Komanda, turnir |
Oyun |
Helmut Şön |
Almaniya |
16 |
Almaniya - 1966 (4), 1970 (5), 1974 (6), 1978 (1) |
25 |
Didye Deşam |
Fransa |
14 |
Fransa - 2014 (3), 2018 (6), 2022 (5) |
18 |
Luis Felipe Skolari |
Braziliya |
14 |
Brazilya – 2002 (7), 2014 (3), Portuqaliya - 2006 (4) |
21 |
Mario Zaqallo |
Braziliya |
13 |
Braziliya – 1970 (6), 1974 (3), 1998 (4) |
20 |
Yoaxim Löv |
Almaniya |
12 |
Almaniya – 2010 (5), 2014 (6), 2018 (1) |
17 |
Oskar Tabares |
Uruqvay |
10 |
Uruqvay – 1990 (1), 2010 (3), 2014 (2), 2018 (4) |
20 |
Karlos Alberto Parreyra |
Braziliya |
10 |
Braziliya – 1994 (5), 2006 (4), Cənubi Afrika – 2010 (1) |
23 |