DÇ-2022: FIFA Qətərdəki stadionlarda pivənin satılmayacağını açıqlayıb - RƏSMİ

DÇ-2022: FIFA Qətərdəki stadionlarda pivənin satılmayacağını açıqlayıb - RƏSMİ Dünya çempionatının başlamasına iki gün qalmış Qətərin hakim ailəsinin üzvləri FIFA-dan stadionlarda pivə satışının dayandırmağı tələb edib.
Dünya Çempionatı - 2022
18 Noyabr , 2022 15:25
DÇ-2022: FIFA Qətərdəki stadionlarda pivənin satılmayacağını açıqlayıb - RƏSMİ

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində stadionlarında pivə satışı qadağan edilib.

"Report" xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, satış xüsusi lisenziya verilmiş məkanlarda və fan zonalarda gerçəkləşəcək. Stadionlarda yalnız spirtsiz pivə satılacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

13:52

Dünya çempionatının başlamasına iki gün qalmış Qətərin hakim ailəsinin üzvləri FIFA-dan stadionlarda pivə satışını dayandırmağı tələb edib.

"Report"un "The Times"a istinadən məlumatına görə, qərarın bu gün veriləcəyi gözlənilir.

Azarkeşlər, böyük ehtimalla, heç bir oyunda pivə ala bilməyəcəklər.

Əgər pivə istehsalçısına məhsulunu satmaq və ya onu matçlarda nümayiş etdirmək icazəsi verilməsə, ali futbol qurumu milyon dollarlıq müqaviləni pozacaq.

Hazırda bütün futbol fanatları üçün pivənin sərbəst olacağı yeganə yer Dohadakı fan zonalardır.

Təşkilatçılar stadionlarda pivənin olmaması ilə bağlı FIFA-ya ciddi təzyiq göstəriblər. Bildirib ki, bu, Qətərin hakim ailəsi Əl Taninin təkidi ilə baş verib.

İslamın dövlət dini kimi qəbul edildiyi Qətərdə ictimai yerlərdə spirtli içki qəbul etmək qəti qadağandır. Yalnız Dohadakı bəzi hotellərdə buna icazə verilir. Stadionlarda VİP yerlərdə spirtli içkilərin olacağı ehtimal olunur.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi