DÇ-2022: Pol Poqbanın mundialı buraxacağı dəqiqləşib

DÇ-2022: Pol Poqbanın mundialı buraxacağı dəqiqləşib Fransa millisinin və İtaliya "Yuventus"unun futbolçusu Pol Poqbanın bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı dəqiqləşib.
Dünya Çempionatı - 2022
31 Oktyabr , 2022 20:19
DÇ-2022: Pol Poqbanın mundialı buraxacağı dəqiqləşib

Fransa millisinin və İtaliya "Yuventus"unun futbolçusu Pol Poqbanın bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı dəqiqləşib.

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, bud nahiyəsindən zədə alan 29 yaşlı yarımmüdafiəçi mundialdan kənarda qalacaq.

Dizindən əməliyyat olunduqdan sonra uzun müddət yaşıl meydanlardan kənarda qalan təcrübəli oyunçu Turin klubunun məşqi zamanı sıradan çıxıb.

Daha əvvəl İngiltərənin "Çelsi" klubunda forma geyinən yığmanın digər aparıcı üzvü N Qolo Kantenin DÇ-2022-də iştirak etməyəcəyi açıqlanıb.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa millisi Avstraliya, Danimarka və Tunis seçmələri ilə birlikdə H qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi