DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib, Qətər qrupda qalıb

DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib, Qətər qrupda qalıb Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda üz-üzə gələcək Niderland və Ekvador yığmalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
25 Noyabr , 2022 21:56
DÇ-2022: Niderland Ekvadorla heç-heçə edib, Qətər qrupda qalıb

Qətərdə keçirilən dünya çempionatının A qrupunda II tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında Niderland və Ekvador yığmaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Görüşdə ilk qolu 6-cı dəqiqədə "narıncılar"dan Kodi Qakpo vurub. 49-cu dəqiqədə isə Enner Valensiya tarazlığı bərpa edib.

Qrupun digər matçında ev sahibi Qətər Seneqala uduzub - 1:3.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan Ekvador və Niderland ilk iki sıranı bölüşdürür. Seneqal 3 xalla üçüncü, xalı olmayan Qətər isə sonuncudur. Bu nəticədən sonra ev sahiblərinin qrupda qalması dəqiqləşib.

21:12

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda hesab bərabərləşib.

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi Enner Valensiyanın 49-cu dəqiqədə vurduğu qolla tarazlığı bərpa edib.

21:05

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 1:0.

20:49

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, "narıncılar" fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 6-cı dəqiqədə Kodi Qakpo vurub.

20:44

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyununda erkən qol vurulub.

"Report"un məlumatına görə, 6-cı dəqiqədə Kodi Qakpo Avropa təmsilçisini hesabda önə keçirib.

20:00

Qətərdə keçirilən dünya çempionatında Niderland və Ekvador yığmaları arasında A qrupunun II tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

19:24

Qətərdə keçirilən dünya çempionatında A qrupunun II turunda üz-üzə gələcək Niderland və Ekvador yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

Niderland: Andris Noppert, Denzel Dümfris, Vircil van Deyk (k), Natan Ake, Deyli Blind, Frenki De Yong, Kodi Qakpo, Devi Klassen, Stiven Berqveyn, Yurrien Timber, Tön Kopmeyners

Ekvador: Ernan Qalindes, Feliks Torres, Pyero İnkapye, Pervis Estupinyan, Anxelo Presiado, Qonsalo Plata, Ceqson Mendes, Moyses Kaysedo, Mikael Estrada, Enner Valensiya (k), Cekson Poroso

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi