Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura start verilib.
"Report"un məlumatına görə, İngiltərə millisi qrupun açılış matçında İran yığması ilə qarşılaşıb. "Xəlifə" stadionunda keçirilən görüşdə Avropa təmsilçisi rəqibini darmadağın edib - 6:2
Hesabı 35-ci dəqiqədə Cud Bellingem açıb. 43-cü dəqiqədə Bukayo Saka ikinci topu asiyalıların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Rahim Sterlinq rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 62-ci dəqiqədə Saka özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 65-ci dəqiqədə İran millisindən Mehdi Taremi buraxılan toplardan birinin əvəzini çıxıb. 71-ci dəqiqədə Markus Reşford rəqibi 5-ci dəfə məyus edib. 90-cı dəqiqədə Cek Qriliş hesab arasındakı fərqi artırıb - 6:1. Son nöqtəni isə 90+13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Taremi qoyub.
İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.
Qeyd edək ki, B qrupunun digər matçında ABŞ seçməsi Uelsi sınağa çəkəcək. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qətərdəki dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda hesab dəyişib.
"Report"un məlumatına görə, 90-cı dəqiqədə Cek Qriliş 6-cı topu rəqibin qapısından keçirib - 6:1.
Qətərdəki dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda 6-cı qol vurulub.
"Report"un məlumatına görə, Avropa təmsilçisindən Markus Reşford 71-ci dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib - 5:1.
Qətərdəki dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda 5-ci qol vurulub.
"Report"un məlumatına görə, 65-ci dəqiqədə Asiya təmsilçisinin hücumçusu Mehdi Taremi 65-ci dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb.
İngiltərə millisi Qətərdəki dünya çempionatında İrana qarşı keçirdiyi B qrupunun ilk tur oyununda 4-cü qolu vurub.
"Report"un məlumatına görə, 62-ci dəqiqədə Bukayo Saka dublunu rəsmiləşdirib.
Qətərdəki dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 3:0.
Qətərdəki dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.
"Report"un məlumatına görə, Avropa təmsilçisi fasiləyə 3:0 hesablı qələbə ilə yollayıb. Qolları 35-ci dəqiqədə Cud Bellingem, 43-cü dəqiqədə Bukayo Saka, 45+1-ci dəqiqədə isə Rahim Sterlinq vurublar.
İngiltərə millisi Qətərdəki dünya çempionatında İrana qarşı keçirdiyi B qrupunun ilk tur oyununda 3-cü qolu vurub.
"Report"un məlumatına görə, Avropa təmsilçisindən 43-cü dəqiqədə Bukayo Saka, 45+1-ci dəqiqədə isə Rahim Sterlinq fərqlənib.
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və İran yığmaları arasında B qrupunun ilk tur oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 35-ci dəqiqədə fərqlənən Cud Bellingem Avropa təmsilçisini önə çıxarıb.
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və İran yığmaları arasında B qrupunun ilk tur oyunu başlayıb.
"Report"un məlumatına görə, "Xəlifə" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatında üz-üzə gələcək İngiltərə və İran komandalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar:
İngiltərə: 1. Cordan Pikford (q), 12. Kiran Tripyer, 5. Con Stounz, 6. Harri Maquayr, 3. Lyuk Şou, 4. Deklan Rays, 22. Cud Bellingem, 17. Bukayo Saka, 19. Meyson Maunt, 10. Rahim Sterlinq; 9. Harri Keyn (k)
İran: 1. Əlirza Beyrənvand (q), 2. Sadeq Moharremi, 3. Ehsan Həcsəfi (k), 5. Milad Mohemmedi, 7. Əlirza Cahanbaxş, 8. Murtəza Purəliqanji, 9. Mehdi Taremi, 15. Ruzbeh Çeşmi, 18. Əli Kərimi, 19. Məcid Hosseyini, 21. Əhməd Nurullahi
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.