İngiltərə millisinin kapitanı Harri Keyn dünya çempionatlarında Argentina yığmasının əfsanəvi futbolçusu Dieqo Maradona, Portuqaliya seçməsindən Kriştianu Ronaldu və Braziliya kollektivindən Neymarla qollarının sayını bərabərləşdirib.
"Report"un məlumatına görə, 29 yaşlı forvard buna Qətərdə təşkil olunan mundialda Fransaya qarşı keçirdikləri 1/4 final matçında nail olub.
54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən təcrübəli oyunçu dünya çempionatları tarixində 8-ci qolunu vurub. Keyn bu göstəriciyə 11-ci oyununda çatıb.
Neymar 13, Maradona 23, Ronaldu isə 25 matça rəqib qapılarına 8 dəfə yol tapıb.
Bundan başqa, millidəki qollarının sayını 53-ə çatdıran Keyn Ueyn Runinin rekordunu təkrarlayıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən İngiltərə - Fransa qarşılaşmasında hesab bərabərdir - 1:1.