Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
"Report"un məlumatına görə, "sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına qalib gəliblər - 4:1.
Hesabı 7-ci dəqiqədə "pentakampeonlar"dan Vinisius Junior açıb. 6 dəqiqə sonra Neymar 2-ci topu rəqibin qapısından keçirib. 29-cu dəqiqədə Rişarlison baxımlı hücumu məntiqi sonluqla tamamlayıb. 36-cı dəqiqədə Lukas Paketa asiyalıları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Cənubi Koreyanın təsəlli qoluna isə 76-cı dəqiqədə Payk Senq Ho imza atıb.
Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.
Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 5-ci qol vurulub.
"Report"un məlumatına görə, 76-cı dəqiqədə Asiya təmsilçisi hesab arasındakı fərqi azaldıb. Payk Senq Ho adını tabloya yazdırıb - 4:1.
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 2-ci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra "sambaçılar" hesabda öndədir - 4:0.
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə böyük hesablı üstünlüklə yollanıb - 4:0
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 4-cü qol vurulub.
"Report"un məlumatına görə, "sambaçılar"ın yarımmüdafiəçisi Lukas Paketa 36-cı dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib - 4:0.
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda hesab dəyişib.
"Report"un məlumatına görə, Cənubi Amerika millisi 3-cü qolu rəqibin qapısından keçirib. 29-cu dəqiqədə Rişarlison fərqlənib.
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda 2-ci qol vurulub.
"Report"un məlumatına görə, 13-cü dəqiqədə penaltidən fərqlənən Neymar "sambaçılar"ın üstünlüyünü artırıb.
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyununda erkən qol vurulub.
"Report"un məlumatına görə, 7-ci dəqiqədə Vinisius Junior Cənubi Amerika təmsilçisini hesabda önə keçirib.
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Braziliya və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:
Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior
Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 10. Ci Sun-Li, 7. Son Xın Min, 9. Sun Kyu Ço, 11. Hi Çan-Hvan
Qeyd edək ki, qarşılaşma saat 23:00-da başlayacaq.