DÇ-2022: Açılış oyununda ev sahibləri məğlub olub

DÇ-2022: Açılış oyununda ev sahibləri məğlub olub Qətərdə ev sahibləri ilə Ekvador arasında keçiriləcək dünya çempionatının açılış oyunu üçün start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
20 Noyabr , 2022 21:58
DÇ-2022: Açılış oyununda ev sahibləri məğlub olub

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib.

"Report"un məlumatına görə, açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıb. A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, qrupun digər matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. Noyabrın 21-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

21:09

Qətərdə ev sahibləri ilə Ekvador arasında keçirilən dünya çempionatının açılış oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Cənubi Amerika təmsilçisi hesabda öndədir - 2:0.

Hər iki qolu Enner Valensiya vurub. Türkiyə "Fənərbağça"sının hücumçusu 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

20:52

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

20:35

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisindən Enner Valensiya 31-ci dəqiqədə dubl edib.

20:19

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 16-cı dəqiqədə penaltidən fərqlənən Enner Valensiya Cənubi Amerika təmsilçisini önə çıxarıb.

20:09

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda vurulan ilk qol ləğv olunub.

"Report"un məlumatına görə, matçın baş hakimi Daniele Orsato VAR sisteminin qərarı ilə oyundakənar vəziyyət qeydə alıb.

20:06

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda hesab açılıb.

"Report"un məlumatına görə, mundialın ilk qolunu 3-cü dəqiqədə Cənubi Amerika təmsilçisindən Enner Valensiya vurub.

20:00

Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyunu start götürüb.

"Report"un məlumatına görə, "El-Bayt" stadionunda keçirilən görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edir.

19:45

Qətərdə ev sahibləri ilə Ekvador arasında keçiriləcək dünya çempionatının açılış oyunu üçün start heyətləri açıqlanıb.

"Report"un FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli

Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya

Qeyd edək ki, "El-Bayt" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi