"Ümid edirəm ki, onlar ən azı yarımfinaladək irəliləyə biləcəklər".
Bunu "Report"a müsahibəsində "Sabah"ın almaniyalı futbolçusu Coy Lens Mikels ölkəsinin bu il Qətərdə keçiriləcək dünya çempionatındakı şansları barədə danışarkən deyib.
29 yaşlı yarımmüdafiəçi mundialda favorit hesab etdiyi komandaların adlarını açıqlayıb: "Hansı nəticənin qeydə alınacağını yarışın sonunda birlikdə görəcəyik. Məncə, Fransa və Braziliya yığmaları budəfəki dünya çempionatının əsas favoritləridir.
Mikels turnirə evdə nişanlısı və övladları ilə birlikdə baxacağını sözlərinə əlavə edib.
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Almaniya millisi E qrupunda İspaniya, Kosta-Rika və Yaponiya ilə mübarizə aparacaq.
Coy Lens Mikelsin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.