Braziliya millisi 68 illik uğurunu təkrarlayıb

Braziliya millisi 68 illik uğurunu təkrarlayıb Braziliya millisi 68 ildən sonra ilk dəfə dünya çempionatında bir oyunun ilk hissəsində 4 qol vurub.
Dünya Çempionatı - 2022
6 Dekabr , 2022 00:33
Braziliya millisi 68 illik uğurunu təkrarlayıb

Braziliya millisi 68 ildən sonra ilk dəfə dünya çempionatında bir oyunun ilk hissəsində 4 qol vurub.

"Report"un məlumatına görə, "sambaçılar" buna Qətərdə təşkil olunan mundialda Cənubi Koreya yığmasına qarşı keçirdikləri 1/8 final mərhələsinin görüşündə nail olub.

"Pentakampeonlar" sonuncu dəfə 1954-cü ildəki dünya çempionatında Meksika ilə qarşılaşmada (5:0) bunu bacarıb.

Bundan başqa, Titenin baş məşqçi olduğu kolektiv DÇ-1950-dən sonra ilk dəfə matçın 36-cı dəqiqəsinədək 4 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, hazırda davam edən Brazilliya - Cənubi Koreya matçında "sambaçılar" hesabda öndədir - 4:0.

Son xəbərlər

Orphus sistemi