Braziliya yığması bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyətini açıqlayıb.
“Report” Braziliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Tite 26 futbolçunu heyətə daxil edib.
Qapıçılar: Alisson ("Liverpul"), Ederson ("Mançester Siti"), Veverton ("Palmeyras").
Müdafiəçilər: Tiaqo Silva ("Çelsi"), Markinyos (PSJ), Danilo ("Yuventus"), Aleks Telles ("Sevilya"), Aleks Sandro ("Yuventus") Eder Militao ("Real"), Bremer ("Yuventus"), Dani Alves ("UNAM Pumas"),
Yarımmüdafiəçilər: Brunu Qimarayns ("Nyukasl"), Kazemiro ("Mançester Yunayted"), Lukas Paketa ("Lion"), Fabinyo ("Liverpul"), Fred ("Mançester Yunayted"), Everton Ribeyro ("Flamenqo")
Hücumçular: Neymar (PSJ), Vinisius Junior ("Real"), Antoni ("Mançester Yunayted"), Rodriqo ("Real"), Rişarlison ("Tottenhem"), Rafinya ("Barselona"), Qabriel Martinelli ("Arsenal"), Pedro ("Flamenqo"), Qabriel Jezus ("Arsenal")
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Braziliya millisi Serbiya, İsveçrə və Kamerunla G qrupunda mübarizə aparacaq.