İranın Çin sahillərində üzən neft tankerində partlayış olub

İranın Çin sahillərində üzən neft tankerində partlayış olub Gəminin heyət üzvləri itkin düşüb
Digər ölkələr
11 Yanvar , 2018 07:06
İranın Çin sahillərində üzən neft tankerində partlayış olub

Bakı. 11 yanvar. REPORT.AZ/ İrana məxsus neft tankeri Çin sahillərində yük gəmisi ilə toqquşub. Nəticədə gəmidə yanğınla nəticələnən partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Çinin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, partlayış yanvarın 10-da Panama bayrağı altında üzən və İran şirkətinə məxsus olan SANCHI tankerində baş verib. Hadisə yerində yanğının söndülüməsi işləri müvəqqəti olaraq dayandırılıb. Axtarış-xilasetmə gəmiləri təhlükəsiz məsafəyə çəkilib. Alovun söndürülməsi işləri gözlənilən nəticəni verməyib. Xilasedicilər tankerin itkin düşmüş heyət üzvlərinin axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi