Yepiskop: Dini icmalara şərait yaradılması Azərbaycanı fərqləndirən başlıca xüsusiyyətlərdəndir

Yepiskop: Dini icmalara şərait yaradılması Azərbaycanı fərqləndirən başlıca xüsusiyyətlərdəndir Etnik, dini dözümsüzlüyün tüğyan etdiyi dünya fonunda dini icmalara qarşı münasibətdə ayrı-seçkiliyin olmaması, onların inkişafı üçün dövlət tərəfindən münbit şəraitin yaradılması Azərbaycanı fərqləndirən başlıca xüsusiyyətlərdəndir.
Din
10 İyul , 2024 18:26
Yepiskop: Dini icmalara şərait yaradılması Azərbaycanı fərqləndirən başlıca xüsusiyyətlərdəndir

Etnik, dini dözümsüzlüyün tüğyan etdiyi dünya fonunda dini icmalara qarşı münasibətdə ayrı-seçkiliyin olmaması, onların inkişafı üçün dövlət tərəfindən münbit şəraitin yaradılması Azərbaycanı fərqləndirən başlıca xüsusiyyətlərdəndir.

“Report” xəbər verir ki, bunu iyulun 10-da Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev ilə görüşündə deyib.

Görüş zamanı Komitə sədrinin müavini Azərbaycandakı dinlərarası harmoniya, eləcə də multikultural və tolerant dəyərlərə verilən önəmdən, dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.

O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il ölkəmizdə fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini qurumlara maliyyə yardımının edilməsi onların fəaliyyətini dəstəkləməklə yanaşı, cəmiyyətdə etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə töhfə verir.

Bakı və Azərbaycan yepiskopu Aleksiy isə qeyd edib ki, ölkəmizdə çalışmaqdan olduqca məmnundur və yerli mədəniyyətlə daha da yaxından tanış olmaq, Azərbaycanın adət-ənənələrini və dilini öyrənmək istəyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Aleksiy (Smirnov) cari ilin may ayının 30-da Moskva və Bütün Rusiya Patriarxı Krillin və Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə Bakı və Azərbaycan Yeparxiyasına yepiskop təyin edilib.

Son xəbərlər

Orphus sistemi