Yaxın Şərqdə müsəlmanların müqəddəs Ramazan ayı başlayıb

Yaxın Şərqdə müsəlmanların müqəddəs Ramazan ayı başlayıb Səudiyyə Ərəbistanının Ali Məhkəməsi müsəlmanların müqəddəs Ramazan ayının bazar günü axşam yeni ayla başlamasına və bazar ertəsinin Yaxın Şərqdə orucun ilk günü olmasına qərar verib.
Din
11 Mart , 2024 01:14
Yaxın Şərqdə müsəlmanların müqəddəs Ramazan ayı başlayıb

Səudiyyə Ərəbistanının Ali Məhkəməsi müsəlmanların müqəddəs Ramazan ayının bazar günü axşam yeni ayla başlamasına və bazar ertəsinin Yaxın Şərqdə orucun ilk günü olmasına qərar verib.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.

Ayı müşahidə etmək və Ramazan ayının rəsmi başlama tarixini elan etmək müqəddəs Məkkə və Mədinə şəhərlərini özündə birləşdirən Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin səlahiyyətlərindən biridir.

Müsəlmanların əksəriyyəti üçün dini və mədəni mərkəz statusuna malik olan Krallıq İslam dünyasında xüsusi mövqe tutur, buna görə də bir çox ölkə və icmalar Səudiyyə məhkəməsinin Ramazana başlamaq qərarına əməl edirlər.

Ali Məhkəmənin qərarı Səudiyyə Ərəbistanındakı astronomik rəsədxanaların mütəxəssisləri Ramazan ayının başlanmasına işarə edən səmada yeni yaranan aypara aşkar etdikdən sonra açıqlanıb.

Yaxın Şərqin digər ölkələrinin də hakimiyyət orqanları oxşar nəticəyə gəliblər - Bəhreyn, Misir, Yəmən, Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Fələstində bazar ertəsi orucun ilk günü elan edilib.

Qeyd edək ki, bu gün də Azərbaycanda Ramazan ayı başlayıb.

Son xəbərlər

Orphus sistemi