Türkiyənin dini lideri müsəlman ölkələrini ailə institutunu gücləndirməyə çağırıb

Türkiyənin dini lideri müsəlman ölkələrini ailə institutunu gücləndirməyə çağırıb “Bu gün islam coğrafiyasının ciddi problemləri var. Ancaq müsəlmanlar coğrafiyalarındakı problemləri həll edə biləcək imkanlara malikdir”.
Din
19 Oktyabr , 2022 16:23
Türkiyənin dini lideri müsəlman ölkələrini ailə institutunu gücləndirməyə çağırıb

“Ailələrimizi gücləndirmək üçün işlər görməliyik. Çünki ailə sağlam olarsa, cəmiyyət də sağlam olar”.

“Report”un məlumatına görə, bunu Türkiyə Diyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin Bakıda keçirilən 3-cü görüşündə çıxışı zamanı deyib.

O vurğulayıb ki, bu gün islam coğrafiyasının ciddi problemləri var, ancaq müsəlmanlar coğrafiyalarındakı problemləri həll edə biləcək imkanlara malikdir.

Onun sözlərinə görə, “ümmət şüuru”nu yenidən qura bilərik: “Bunun üçün biz yenidən düşünməliyik. Etməmiz vacib olanı etməliyik. Həmçinin böyük işlər görməliyik. Bu gün dini liderlərin üzərinə düşən ən vacib məsələ səhih məlumatların çatdırılmasıdır. İnanc dəyərlərimizin həm bilgi, həm də anlyış və qavrayış olaraq yeni nəsillərə çatdırlması vacibdir”.

Son xəbərlər

Orphus sistemi