Türkiyə hərbi məktəblərində ilk dəfə olaraq İslam dini tədris olunacaq

Türkiyə hərbi məktəblərində ilk dəfə olaraq İslam dini tədris olunacaq Hərbçilər İslam dini, Quran və Məhəmməd peyğəmbərin (s) həyatı ilə tanış olacaq
Din
9 Noyabr , 2014 12:00
Türkiyə hərbi məktəblərində ilk dəfə olaraq İslam dini tədris olunacaq

Bakı. 9 noyabr. REPORT.AZ/ Türkiyə Ordusu məşhur "Taxt-tac oyunları" teleserialının nümayişinə qadağa qoyub və ilk dəfə olaraq hərbi məktəblərdə İslam dininin öyrənilməsi üzrə siniflər açıb.

"Report" "Cumhuriyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri hərbi məktəblər üçün nəzərdə tutulan təlimləri yeniləyiblər.

Tələbələri "cinsi istismar, pornoqrafiya, eksqibisionizm, sui-istifadə, təqib və digər bütün mənfi davranışlardan" qorumaq məqsədi ilə təlimlərin "Tələbələrin müdafiəsi fəslinə yeni maddə əlavə olunub.

Qeyd edək ki, 2012-ci ildə İstanbuldakı hərbi məktəblərdən birində tələbələrinə "Taxt-tac oyunları" serialına baxmaq icazəsi verdiyinə görə 4 zabit ordudan qovulmuşdu.

Yeni qaydalara əsasən, ilk dəfə olaraq hərbi təlim müəssisələrində İslam dini, Quran və Məhəmməd peyğəmbərin (s) həyatı ilə bağlı dərslər də tədris olunacaq.

Son xəbərlər

Orphus sistemi