​Türkiyə Həcc ziyarətinin təşkilatçılığını üzərinə götürməyə hazırdır

​Türkiyə Həcc ziyarətinin təşkilatçılığını üzərinə götürməyə hazırdır Mehmet Əli Şahin: "Türkiyə olaraq oradakı təşkilatçılıq işini çox nizamlı şəkildə həll edə bilərik"
Din
25 Sentyabr , 2015 18:00
​Türkiyə Həcc ziyarətinin təşkilatçılığını üzərinə götürməyə hazırdır

Bakı. 25 sentyabr. REPORT.AZ/ "Həcc ziyarətinin təşkilatçılığını bizə versinlər. Türkiyə bu işi heç kimin burnu qanamadan həyata keçirər. Haqq da tələb etmirik. Səudiyyə Ərəbistanı hökümətinə səslənirəm. Təşkilatçılığı bizə, Türkiyəyə verin! Türkiyə olaraq oradakı təşkilatçılıq işini çox nizamlı şəkildə həll edə bilərik". 

"Report"un məlumatına görə, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehmet Əli Şahin deyib. 

O, Minada baş verən faciədə təhlükəsizlik tədbirləri ilə bağlı ciddi çatışmazlıqların olduğunu bildirib: "Buna "tale", "qismət", "əcəl" deyib keçə bilərikmi? İki milyon insan çox deyil. Bir müddət öncə İstanbulda terrora qarşı keçirilən mitinqdə 2 milyon insan iştirak edirdi". 

M.Şahin deyib ki, müsəlman ölkələri bir araya gəlməli və Həcc ziyarəti zamanı yaşanan problemlərin həlli üçün addım atmalıdırlar.

Son xəbərlər

Orphus sistemi