Türkiyə cəfərilərinin rəhbəri: İlahiyyat sahəsində savadlı kadrlara hər zaman ehtiyac var

Türkiyə cəfərilərinin rəhbəri: İlahiyyat sahəsində savadlı kadrlara hər zaman ehtiyac var İlahiyyat sahəsində savadlı kadrlara hər zaman ehtiyac var.
Din
5 Noyabr , 2024 11:30
Türkiyə cəfərilərinin rəhbəri: İlahiyyat sahəsində savadlı kadrlara hər zaman ehtiyac var

İlahiyyat sahəsində savadlı kadrlara hər zaman ehtiyac var.

"Report" xəbər verir ki, bunu Türkiyə cəfərilərinin rəhbəri Səlahaddin Özgündüz Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbə və müəllim kollektivi ilə görüşdə deyib.

Aİİ-nin rektoru Aqil Şirinov Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi zamanında da qardaş Türkiyə xalqının və dövlətinin göstərdikləri mənəvi dəstəyi xüsusi qeyd edib. O həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğunun iki dövlət arasında əlaqələrin inkişafında əvəzsiz rolundan bəhs edib.

S.Özgündüz çıxışında vurğulayıb ki, ilahiyyat sahəsində savadlı, bilikli kadrlara hər zaman ehtiyac var. İctimai elmlərin və xüsusən də ilahiyyatın əhəmiyyətinə diqqət çəkən qonaq qeyd edib ki, müasir dünyanın mənəvi problemlərinin həlli sahəsində səylə çalışacaq ziyalılara, ilahiyyatçılara, mütəfəkkirlərə, cəmiyyətin önündə gedən insanlara ehtiyac var. O, XXI əsrdə islami elmlərdə dərin araşdırma aparacaq ziyalıların yetişdirilməsinin zəruri olduğunu vurğulayıb. S.Özgündüz Azərbaycan İlahiyyat İnstitutunda məzhəblərüstü tədrisin əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyə cəfərilərinin rəhbəri noyabrın 5-6-da Bakıda baş tutacaq Dini Liderlərin Qlobal Bakı Sammitində iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Son xəbərlər

Orphus sistemi