Tərtərdə radikalizmin cəmiyyət üçün təhlükələri ilə bağlı maarifləndirici tədbir keçirilib

Tərtərdə radikalizmin cəmiyyət üçün təhlükələri ilə bağlı maarifləndirici tədbir keçirilib Tədbir Tərtər şəhər “Cümə” məscidi dini icması tərəfindən təşkil olunub
Din
23 Yanvar , 2017 20:14
Tərtərdə radikalizmin cəmiyyət üçün təhlükələri ilə bağlı maarifləndirici tədbir keçirilib

Bakı 23 yanvar. REPORT.AZ/ Tərtər şəhər “Cümə” məscidi dini icması "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov tədbiri giriş sözü ilə açaraq son illər Tərtər rayonunda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Tərtər şəhər "Cümə" məscidinin axundu, dini icmanın sədri Sadiq Cəfərov və rayon ağsaqqalı İman Almuradov mövzu ilə bağlı məruzə ediblər. Çıxışlarında rayondakı dini durum, maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti, dini ekstremizm və radikalizmlə mübarizədən bəhs ediblər.

Son xəbərlər

Orphus sistemi