Şuşanın ümumtəhsil məktəblərində "Fitnə" sənədli filmi nümayiş etdirilib

Şuşanın ümumtəhsil məktəblərində "Fitnə" sənədli filmi nümayiş etdirilib Filmin radikalizmə qarşı mübarizədə əhəmiyyəti vurğulanıb
Din
12 Yanvar , 2017 20:26
Şuşanın ümumtəhsil məktəblərində Fitnə sənədli filmi nümayiş etdirilib

Bakı 12 yanvar. REPORT.AZ/ Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.

DQİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şuşa rayonunun bir çox ümumtəhsil məktəblərində nümayiş etdirilən “Fitnə” sənədli filmində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri işıqlandırılır.

Tədbirlərdə iştirak edən Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Gülbəniz Babayeva və Şuşa rayonunun Axundu Mirabdullah Həsənli öz çıxışlarında dini maarifləndirmə ilə bağlı dövlət siyasəti, radikalizmi yaradan səbəblər və onların aradan qaldırılması istiqamətində bu cür maarifləndirici filmlərin çəkilməsinin və nümayişinin əhəmiyyətindən danışıblar.

Son xəbərlər

Orphus sistemi