Son iki ildə 15 ölkədə “Azərbaycan multikulturalizmi” fənni tədris olunub

Son iki ildə 15 ölkədə “Azərbaycan multikulturalizmi” fənni tədris olunub Kamal Abdullayev: "Azərbaycan irəliyə doğru daha bir möhtəşəm addım atdı"
Din
13 Yanvar , 2017 16:10
Son iki ildə 15 ölkədə “Azərbaycan multikulturalizmi” fənni tədris olunub

Bakı. 13 yanvar. REPORT.AZ/ "2015-ci ilin yaz semestrindən 2016-cı ilin payız semestrinədək 15 xarici olkə universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub.

“Report” xəbər verir ki, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev “Multikulturalizm ili”nin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin ali təhsil müəssisələri arasında Portuqaliya, Ukrayna, Rusiya, Almaniya, İsveçrə, Polşa Türkiyə və s. ölkələrdə olan müxtəlif universitetlər yer alıb: “Hazırda 5 xarici ölkədə İtaliya, Polşa, Rusiya, Türkiyə və Portuqaliyada yerləşən universitetlərdə bu fənnin tədrisi həyata keçirilir. Azərbaycanda isə 38 dövlət və özəl universitetdə, xüsusi təyinatlı ali məktəblərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənləri tədris olunur”. 

K.Abdullayev bildirib ki, xarici ölkələrin universitetlərində "Azərbaycan multikulturalizmi"ni öyrənən gəncləri Azərbaycan haqqında ədalətsizliklərə cavab verməyə hazır qüvvə kimi dəyərləndirmək olar: "Son yay məktəbində xarici tələbələr "Azərbaycanın gənc dostları klubu"nu yaratdılar. Artıq klubun 200-ə yaxın üzvü var. Ən vacibi odur ki, Azərbaycana qarşı hər hansı ədalətsiz hücum olursa, onu ürəkdən sevən bu gənclər hamıdan əvvəl haqsızlığa cavab verirlər. Bu gün Azərbaycanın qədirbilən gənc dostları onu bizdən əvvəl qorumağa hazırdırlar”.

Dövlət müşaviri vurğulayıb ki, dünyada gedən proseslərin fonunda Azərbaycan ötən ili çox böyük ləyaqətlə yola saldı: "Bu amil həm iqtisadiyyat, həm də mənəviyyat sahəsində özünü göstərib. 2016-cı ilin “Multikulturalizm ili” kimi özü ilə gətirdiyi siyasi ideoloji, mədəni və mənəvi bəhrələrini də bütün xalq, bütün dünya gördü. Bu işdə bütün hökümət qurumları, nazirliklər çok aktiv iştirak etdilər. Azərbaycan irəliyə doğru daha bir möhtəşəm addım atdı və öz varlığını bir daha ləyaqətlə sübut etdi”.

Son xəbərlər

Orphus sistemi