Bakı. 5 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Livana səfərə gedib. QMİ-nin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, səfərdə məqsəd Məzhəblərin Yaxınlaşması Təşkilatının Ali Şurasının Beyrutda keçiriləcək toplantısında iştirak etməkdir.
İslam dünyasında nüfuzlu qurum olan Ali Şurada dünyada cərəyan edən hadisələr fonunda islam həmrəyliyinin, məzhəblərarası anlaşmanın, ümumislami maraq və mənafelər naminə müsəlmanların vahid mövqedən çıxış etməsinin vacibliyi məsələləri müzakirə olunacaq, müsəlman aləmində tanınmış üləmaların çıxışları dinləniləcək.
QMİ sədri məşvərət toplantısında Ali Şuranın üzvü olaraq çıxış edəcək.
A.Paşazadəni səfərdə QMİ sədrinin I müavini Müfti Salman Musayev müşayiət edir.