Bakı. 27 noyabr. REPORT.AZ/
Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyindən "Report"a verilən məlumata görə, konfransda QMİ sədri məruzə ilə çıxış edib.
Həmçinin konfrans çərçivəsində QMİ-nin sədri şeyxülislam A.Paşazadə Küveyt Dövlətinin ədliyyə, vəqflər və islam işləri naziri d-r Fəhd Əl-İfasi və Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi d-r Abdullah Əl-Mətuq ilə görüş keçirib.
Görüşlər zamanı şeyxülislam A.Paşazadə Azərbaycan xalqının ümummilli lideri
Həmçinin şeyxülislam A.Paşazadə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə ətraflı məlumat verərək münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Küveyt tərəfindən dəstəkləndiyi üçün qarşı tərəfə təşəkkürünü bildirib. Azərbaycan və Küveytin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin dəstəkləyən mövqedən çıxış etdiyini bildirərək, qardaş Küveyt Dövlətinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlü olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı TŞ-də qaldırılacaq məsələlərdə bundan sonra da bizə köməkliyini əsirgəməyəcəyinə ümidvar olduğunu qeyd edib.
Bununla yanaşı, görüş zamanı ölkələr arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Qarşı tərəf Azərbaycan ilə Küveyti bir çox amillərin birləşdirdiyini, ölkələrimiz arasında dini birliyin əhəmiyyətli rol oynadığını bildirərək, bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırmışlar. Azərbaycanın sürətli inkişafına Küveyt xalqının səmimi qəlbdən sevindiyini qeyd edərək, Küveyt hökumətinin Azərbaycan ilə siyasi, mədəni, dini-mənəvi və s. sahələrdə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu bildiriblər. Azərbaycan və Küveytin hər zaman bir-birinin yanında olduğunu, Küveytin bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edərək, Azərbaycanın da beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini və Küveytin BMT Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəklədiyini heç vaxt unutmayacaqlarını diqqətə çatdırıblar.
Eyni zamanda tədbir çərçivəsində şeyxülislam A.Paşazadə qarşı tərəfin təşəbbüsü ilə BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiyada humanitar tərəfdaşlıq məsələləri üzrə köməkçisi Rəşid Xaliqov ilə görüşüb.
Görüş zamanı şeyxülislam A.Paşazadə Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, beynəlxalq miqyasda yardımların göstərilməsi və əlaqələndirilməsinə verdiyi töhfələr haqqında məlumat verib. Eyni zamanda dünyada dini zəmində meydana gələn narahatlıqların çoxaldığı bir dönəmdə tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə, milli, dini tolerantlıq və multikultural ənənələr diyarı olan Azərbaycanda sülh məramı, qarşılıqlı ehtiram məfkurəsi, humanist dəyərlərin bəşəriyyətə bəyan edilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını qeyd etmiş və burada siyasi iradənin böyük önəm daşıdığını vurğulayıb.
A.Paşazadə Azərbaycanda milli və dini tolerantlığın dövlət səviyyəsində dəstəkləndiyini vurğulayaraq, ölkəmizdə etnik və dini müxtəlifliyin milli sərvət kimi dəyərləndirildiyini bəyan edib. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın multikultural və tolerant ideyaların mərkəzinə çevrildiyini, habelə ölkəmizin həm daxildə, həm də beynəlxalq aləmdə böyük bir siyasi-mənəvi nailiyyətə imza atdığını qeyd edib.
Öz növbəsində, R.Xaliqov VI Bakı Beynəlxalq Humanitar Forumda iştirakından, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşdən məmnunluğunu ifadə edərək, Prezident cənab İlham Əliyevə səmimi salamlarının, dərin hörmət və ehtiramının çatdırılmasını xahiş etmişdir. Azərbaycan və BMT arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər zaman hazır olduğunu bildirərək, gələcəkdə istər ölkəmizdə, istərsə də xaricdə hər-hansı bir layihənin birgə həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə həmçinin humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.