Səudiyyə Ərəbistanı zəvvarlar üçün elektron viza tətbiq edir

Səudiyyə Ərəbistanı zəvvarlar üçün elektron viza tətbiq edir Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi yaxın gələcəkdə zəvvarlara elektron vizalar verməyə başlayacaq.
Din
12 Mart , 2019 15:37
Səudiyyə Ərəbistanı zəvvarlar üçün elektron viza tətbiq edir
0 : 00
0 : 00

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi yaxın gələcəkdə zəvvarlara elektron vizalar verməyə başlayacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, viza üçün ərizə elektron qaydada veriləcək, məsələnin həlli bir neçə dəqiqə vaxt aparacaq.

“Hazırda Həcc və ya Ümrə ziyarətinə gələn zəvvarlar vətənlərindəki vasitəçi şirkətlərə üz tutmağa məcburdurlar. Bundan sonra isə kvota çərçivəsində elektron viza ala biləcəklər”, - sözügedən layihənin əlaqələndiricisi Əbdül Rəhman Şəms bildirib.

Qeyd edək ki, bu il avqustun 9-14-də həyata keçiriləcək Həcc ziyarəti üçün ərizələr artıq bir çox ölkələrdə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi