Şəkidə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda konfrans keçirilir

Şəkidə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda konfrans keçirilir Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 3 günlük konfrans öz işinə başlayıb.
Din
13 Sentyabr , 2023 17:28
Şəkidə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda konfrans keçirilir

Şəkidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 3 günlük konfrans başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirin açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev və digər qurumların rəsmi şəxsləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

​E.Usubov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sağlam dövlət-din münasibətləri formalaşıb. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da dini sahəyə xüsusi həssaslıqla yanaşırlar.

​Məruzə ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi məqsədi ilə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev bildirib ki, Azərbaycan dünyəvi dövlət olsa da, xalqımız hər zaman öz milli-mənəvi dəyərlərinə sadiq qalıb. Azərbaycanın dövlət-din modeli zəngin tariximizə, eləcə də tolerant ənənələrimizə əsaslanır. Tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı hazırda da dövlətin əsas prioritetlərindəndir. Bütün bunlar da öz növbəsində Azərbaycandakı dövlət-din münasibətlərinin digər ölkələrə nümunə göstərilə biləcək səviyyədə olduğunu bir daha sübut edir.

​Çıxışlardan sonra dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi