Səid Alla: İslamofobiya son illərdə Fransada narahatedici səviyyəyə çatıb

Din
  • 27 may, 2025
  • 10:34
Səid Alla: İslamofobiya son illərdə Fransada narahatedici səviyyəyə çatıb

İslamofobiya son illərdə Fransada narahatedici səviyyəyə çatıb.

“Report” xəbər verir ki, bunu Strasburq Böyük Məscidinin prezidenti Səid Alla Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində təşkil olunan "Avropada antimusəlman qanunvericiliyinin institusionallaşması. Radikallaşma fonunda antimusəlman ritorikası və yayılmış islamofobik əhval-ruhiyyə” adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, müsəlmanlara qarşı aqressiya Fransada sağçı qüvvələrin ritorikasına çevrilib:

"Siyasi fiqurlar da bundan kənarda qalmırdılar və bunu söz azadlığı adı altında edirdilər. 2017-ci ildə Fransada prezident seçkiləri zamanı sağçı partiyaların lüğətinə separatizm sözü daxil oldu. Bununla da yeni mərhələyə qədəm qoyuldu".

S.Alle bildirib ki, müsəlmanlar harada olurlarsa-olsunlar, nə edirlərsə, etsinlər onlara qarşı daim şübhəli yanaşmanın olduğu müşahidə edilir:

"Fransada məktəblərdə separatizmə qarşı qanun qəbul olunub. Kollec və liseylərdə uşaqların çadra taxması, eləcə də onları götürməyə gələn valideynlərinin hicabda olması da qadağan edilib. Bəzi yerlərə müsəlmanların girişinə qadağalar qoyulub. Fransada xüsusilə məlum 11 sentyabr hadisəsindən sonra müsəlmanlara qarşı aqressiya daha da artıb. Müsəlmanlara qarşı obsessiv münasibət hökm sürür. Unilversitetlərdə və ictimai yerlərdə hicab qadağan edilib. Müsəlmanların cəmiyyətə inteqrasiyası prosesində onlara qarşı polisin təzyiqi müşahidə olunur".

Son xəbərlər

Bütün Xəbər Lenti