Sabah imam Hüseynin şəhadətinin 40-cı günüdür

Sabah imam Hüseynin şəhadətinin 40-cı günüdür İmam Hüseyn və tərəfdarları yad olunacaq
Din
677
19 Noyabr , 2016 11:41
Sabah imam Hüseynin şəhadətinin 40-cı günüdür

Bakı. 19 noyabr. REPORT.AZ/ Sabah Ərbəin - İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü qeyd olunacaq.

"Report" xəbər verir ki, Ərbəin günü Hicri-qəməri təqviminin 20 səfər (miladi təqvimlə 20 noyabr) ayına təsadüf edir.

Bu münasibətlə Azərbaycandakı məscidlərdə şam namazından sonra İmam Hüseyn yad ediləcək.

"Heydər" məscidinin axundu Rüfət Qarayev "Report"a bildirib ki, noyabrın 20-si şam namazından sonra məsciddə İmam Hüseynin ruhuna "Quran" oxunacaq, dualar ediləcək: "İmam Hüseynin həyatı haqqında söhbət açılacaq, Vətən, haqq yolunda mübarizəsindən bəhs olunacaq. Mərasimdə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanlar da yad olunacaq".

R.Qarayev bildirib ki, noyabrın 30-da səfər ayı başa çatacaq. Bununla da imam Hüseyn və Kərbala şəhidləri üçün tutulan yas mərasimi yekunlaşacaq.

Xatırladaq ki, bu il Məhərrəm ayı miladi təqvimi ilə oktyabrın 3-də daxil olub. Aşura mərasimi oktyabrın 12-də qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi