Robert Mobili: Azərbaycandakı udilərin tarixi-dini abidələrinin qorunmasına xüsusi diqqət göstərilir

Robert Mobili: Azərbaycandakı udilərin tarixi-dini abidələrinin qorunmasına xüsusi diqqət göstərilir Udilərin kompakt yaşadığı Qəbələnin Nic qəsəbəsində tarixi-dini abidələrin qorunub saxlanılmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir.
Din
13 Avqust , 2024 15:31
Robert Mobili: Azərbaycandakı udilərin tarixi-dini abidələrinin qorunmasına xüsusi diqqət göstərilir

Udilərin kompakt yaşadığı Qəbələnin Nic qəsəbəsində tarixi-dini abidələrin qorunub saxlanılmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir.

"Report" xəbər verir ki, bu fikri Alban-Udi xristian dini icmasının sədri Robert Mobili qəsəbədəki Müqəddəs Yelisey adına Cotari kilsəsini, “Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyini və Müqəddəs Məryəm Ana Alban kilsəsini ziyarət edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə deyib. O, dini icmanın maarifçilik, eləcə də Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin təbliği istiqamətində həyata keçirdiyi layihələr haqqında komitə sədrini məlumatlandırıb.

Görüş zamanı Ramin Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin ən uğurlu modellərindən birinin yaradıldığını qeyd edib. Vurğulayıb ki, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da fəal iştirak edir.

Görüşdə Azərbaycanda mövcud birgəyaşayış, qarşılıqlı anlaşma, dözümlülük mühitinin qorunub saxlanılması və təşviqi istiqamətində dini konfessiyaların birgə əməkdaşlığının vacibliyi vurğulanıb. Gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan ideya və təkliflərlə bağlı müzakirə aparılıb.

Son xəbərlər

Orphus sistemi