Rəvan Həsənov: İnsanlar dini kitablara deyil, internet resurslarına üz tuturlar

Rəvan Həsənov: İnsanlar dini kitablara deyil, internet resurslarına üz tuturlar İnsanlar dini kitablara deyil, internet resurslarına üz tuturlar.
Din
16 Oktyabr , 2024 11:15
Rəvan Həsənov: İnsanlar dini kitablara deyil, internet resurslarına üz tuturlar
Rəvan Həsənov

İnsanlar dini kitablara deyil, internet resurslarına üz tuturlar.

"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında deyib.

Onun sözlərinə görə, dini təhsilin rəqəmsallaşma ilə nə dərəcədə uyğunlaşa biləcəyi qismən sual altındadır: "Artıq texnologiya dövrüdür və cəmiyyət rəqəmsallaşmağa meyil edir. İnsanlar bir mövzu barədə axtarış aparan zaman dini kitablara deyil, müxtəlif internet resurslarına üz tuturlar. Bu da informasiya təhlükəsizliyinə xitab edir".

İcraçı direktor ideoloji təhlükəsizlik və informasiya təhlükəsizliyinin balanslı şəkildə aparılmasının müasir çağırışlar və dini təhsilin birliyi sayəsində güclənə biləcəyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi