Ramin Məmmədov: Əsas məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdir

Ramin Məmmədov: Əsas məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdir Bəzi hallarda dini amillərdən məqsədli şəkildə cəmiyyətləri parçalamaq, milli şüurda ziddiyyətlər yaratmaq üçün istifadə olunur.
Din
10 Dekabr , 2024 14:29
Ramin Məmmədov: Əsas məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdir

Bəzi hallarda dini amillərdən məqsədli şəkildə cəmiyyətləri parçalamaq, milli şüurda ziddiyyətlər yaratmaq üçün istifadə olunur.

“Report”un Qərb bürosunun məlumatına görə, bunu Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 10-da Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda keçirilən regional konfransdakı çıxışında deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan xalqının əsas xüsusiyyətlərindən biri müasirliyə can atmağı milli ənənəyə çevirməsidir:

“Bizim keçdiyimiz yol gələcəyə baxışımızın məzmununu müəyyənləşdirən vacib amillərdən biridir. Adət-ənənələrimiz, tariximiz bizi başqalarından fərqləndirir. Ancaq indi elə bir dünyada yaşayırıq ki, gələcəyimizi öz əllərimizlə inşa etməliyik. Ənənələr bizə müasir olmağa heç bir maneə yaratmır. Əksinə, Azərbaycan xalqının əsas xüsusiyyətlərindən biri müasirliyə can atmağı milli ənənəyə çevirməsidir”.

O, mövcud şəraitdə dinin yanlış interpretasiyalarının dəyişdirilməsinin vacibliyini burğulayıb:

“Biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq. İndi başlıca məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdən ibarət olmalıdır. Çünki hər bir xalqın inancı onun milli-mənəvi dəyərlərinin çox vacib elementidir”.

Son xəbərlər

Orphus sistemi