Qubada “Narkomaniyaya qarşı mübarizədə din faktoru” mövzusunda tədbir keçirilib

Qubada “Narkomaniyaya qarşı mübarizədə din faktoru” mövzusunda tədbir keçirilib Bildirilib ki, narkomaniyaya aludəçilikdən xilas yolu az hallarda mümkün olur
Din
16 Mart , 2017 19:15
Qubada “Narkomaniyaya qarşı mübarizədə din faktoru” mövzusunda tədbir keçirilib

Bakı. 16 mart. REPORT.AZ/ Quba şəhəri 4 saylı humanitar təmayüllü məktəb-liseydə “Narkomaniyaya qarşı mübarizədə din faktoru” adlı tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) "Report"a verilən məlumata görə, tədbir DQİDK-nin Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon Polis Şöbəsi və Quba Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ilk çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyətinin etiqad etdiyi İslam dinində narkomaniya kimi insanın sağlamlığına ziyan olan pis vərdişlər qadağan edilib. O deyib ki, gənc nəsil narkomaniya və bu kimi digər pis vərdişlərdən uzaq durmaqla özündən sonrakı nəslə sağlam yol açır.

Quba Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Mirnemət Mirbabayev çıxışında narkomaniyaya aludə olmuş insanların cəmiyyətdən necə təcrid olunduqlarını, onların öz yaxınları tərəfindən də qəbul edilmədiklərini yeniyetmə və gənclərin diqqətinə çatdırıb.

Quba Rayon Polis Şöbəsinin Narkomaniyaya qarşı mübarizə qrupunun rəhbəri, polis baş leytenantı Emil Babayev çıxış edərək, narkomaniyaya qarşı effektiv mübarizənin ilkin yolu kimi düzgün maariflənməni və gənc nəslin elm və biliklə məşğul olaraq daha savadlı olmalarını tövsiyə edib. O xüsusi vurğulayıb ki, narkomaniyaya aludəçilikdən xilas yolu az hallarda mümkün olur.

Quba Rayon Mərkəzi Xəstəxanasının Konsultasiya-poliklinika şöbəsinin həkimi Elçin Yarməmmədov çıxışında əsasən narkomanlığın insan bədəninə mənfi təsirindən, sağlam bədənin qısa müddətdə gücdən düşərək xəstə bədənə çevirilməsindən, psixotrop maddələrdən asılılığın günbəgün artmasından və s. danışıb.

Son xəbərlər

Orphus sistemi