QMİ sədri: "Vətən müharibəsində müxtəlif dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirdilər"

QMİ sədri: "Vətən müharibəsində müxtəlif dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirdilər" "Azərbaycan xalqı şanlı Zəfəri böyük qurbanlar bahasına əldə edib. Qazandığımız qələbədə hər bir azərbaycanlının payı var".
Din
4 Noyabr , 2021 13:51
QMİ sədri: Vətən müharibəsində müxtəlif dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirdilər
Allahşükür Paşazadə

"Azərbaycan xalqı şanlı Zəfəri böyük qurbanlar bahasına əldə edib. Qazandığımız qələbədə hər bir azərbaycanlının payı var".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə "Vətən və İman" adlı nəşrin təqdimat mərasimində çıxışı zamanı deyib.

O, bu mücadilədə canından keçən minlərlə şəhidlərin hamının üzərində haqqı olduğunu vurğulayıb: "Allah onlara rəhmət eləsin. Sağlamlığını itirmiş qəhrəman qazilərimizə Uca Allah şəfaət bəxş etsin".

QMİ sədri bildirib ki, Vətən müharibəsində ölkəmizin bütün etnik qrupları və müxtəlif dinlərin nümayəndələri sarsılmaz birlik nümayiş etdirib zəfərə yetişdilər: "Azərbaycandakı dini konfessiyalar ölkəmizin haqq işi uğrunda bir yerdə, çiyin-çiyinə, eyni cəbhədə vuruşdular, dünyaya haqq səsimizi birgə ucaltdıq. Şəhid övladlarımızı bir yerdə Vətən torpağına tapşırdıq. Bu, Azərbaycan reallığı, multikultural dəyərlərimizin təntənəsidir. Minnətdarıq ki, dövlət rəhbəri dindarların Vətən müharibəsindəki qələbədə rolunu xüsusi qeyd edir. Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan din xadimləri Zəfərin qazanılması, dövlətimizin haqq işinin qələbəsi naminə fədakar zəhmətlər çəkmiş, mənəvi cəbhədə rəşadətlər göstərmiş, qəhrəman şəhidlərimizin şəhidlik məqamına layiq şəkildə yüksək səviyyədə dəfn ayinlərinin və anım mərasimlərinin həyata keçirilməsində gecəli-gündüzlü xalqa xidmətdə olub, orduya dəstəklərini əsirgəməyiblər" - QMİ sədri qeyd edib.

Son xəbərlər

Orphus sistemi