QMİ sədri: "Təəssüflər olsun ki, Azərbaycanda da İŞİD-ə qoşulanlar var"

QMİ sədri: "Təəssüflər olsun ki, Azərbaycanda da İŞİD-ə qoşulanlar var" ​"Amma digər ölkələrlə müqayisədə onların sayı azdır"
Din
27 Aprel , 2015 17:43
QMİ sədri: Təəssüflər olsun ki, Azərbaycanda da İŞİD-ə qoşulanlar var

Bakı. 27 aprel. REPORT.AZ/ "Təəssüflər olsun ki, Azərbaycanda da İŞİD-ə qoşulanlar var, amma digər ölkələrlə müqayisədə onların sayı azdır". "Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, İŞİD-ə qoşulanların ailələri ilə iş aparır, həmin ailələri övladlarını bu səhv yoldan döndərməyə çağırırlar: "Onları başa salırıq ki, terrorun İslam dininə aidyyəti yoxdur. Əfsuslar olsun ki, Azərbaycanın inkişafı bəzi dövlətlərdə qısqanclıq hissi doğurur, o cümlədən müsəlman ölkələrində. Digər tərəfdən, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. İstisna deyil ki, bu işdə onların da əli var".

A.Paşazadə bildirib ki, islam adı ilə öldürmək, baş kəsmək qəbuledilməzdir: "Bu, islam dinini Avropa cəmiyyətində qaralamaq məqsədi güdür”.

Son xəbərlər

Orphus sistemi