QMİ sədri: “Moizə oxuyan axundlar dövlətin də adına yer verməlidirlər”

QMİ sədri: “Moizə oxuyan axundlar dövlətin də adına yer verməlidirlər” “Məscidlərdə dövlətin adı qeyd olunmalı, dualar edilməlidir”
Din
167
13 Oktyabr , 2015 13:06
QMİ sədri: “Moizə oxuyan axundlar dövlətin də adına yer verməlidirlər”

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Məscidlərdə xütbə oxuyub dua edən axundlar, molallar Kərbala şəhidlərinin, imamların, onların övladlarının adlarını çəkirlər, amma dövlət haqqında bir söz demirlər”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, moizələr oxunduğu zaman dövlətin gördüyü işlər də qeyd olunmalıdr.

QMİ sədrinin sözlərinə görə, İranda, Türkiyədə dualar, moizələr oxunduqdan sonra dövlət rəhbərlərinin adı çəkilir, dövlətin fəaliyyəti üçün dualar edilir. “Dövlətin gördüyü çox böyük işlər var. Ona görə də məscidlərdə dövlətin adı qeyd olunmalı, dualar edilməlidir”, - A.Paşazadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi