QMİ Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

QMİ Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib.
Din
16 İyun , 2024 12:33
QMİ Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, aksiya çərçivəsində QMİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbərliyi və üzvləri ehtiyacı olan ailələri ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Aksiya çərçivəsində 7 baş iribuynuzlu heyvan kəsilib. Kəsilmiş qurbanlar Tbilisi, Rustavi, Marneuli, Qardabani, Bolnisi, Laqodexi və Dmanisi rayonlarından olan yüzlərlə ailəyə paylanılıb.

QMİ-nin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov bildirib ki, bayramlarda aztəminatlı, ehtiyacı olan ailələri ziyarət etmək, onların qayğıları ilə maraqlanmaq, onlara müxtəlif yardımlar göstərmək ənənəyə çevrilib. Qurban bayramı münasibətilə Gürcüstanın müxtəlif bölgələrində 500-yaxın ailəyə qurban payı verilib.

Son xəbərlər

Orphus sistemi