QMİ: "Pandemiya ilə əlaqədar məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır"

QMİ: "Pandemiya ilə əlaqədar məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır" Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı yerlərdəki nümayəndələrinə müraciət edib.
Din
29 İyul , 2022 10:58
QMİ: Pandemiya ilə əlaqədar məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı yerlərdəki nümayəndələrinə müraciət edib.

"Report" xəbər verir ki, müraciətdə deyilir:

"QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Özəlliklə, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını QMİ-yə təqdim etməlidirlər".

Son xəbərlər

Orphus sistemi