Qafqaz Müsəlmanları İdarəsinin BMT, YUNESKO, Avropa Şurası yanında nümayəndəlikləri yaradıla bilər

Qafqaz Müsəlmanları İdarəsinin BMT, YUNESKO, Avropa Şurası yanında nümayəndəlikləri yaradıla bilər Bu barədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib
Din
135
18 Noyabr , 2014 14:40
Qafqaz Müsəlmanları İdarəsinin BMT, YUNESKO, Avropa Şurası yanında nümayəndəlikləri yaradıla bilər

Bakı. 18 noyabr. REPORT.AZ/ “Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin ATƏT-lə birgə keçirdiyimiz dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransı uğurlu sayıram”. “Report”un məlumatına görə, bunu Bakıda keçirilən dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransdakı çıxışında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Biz əvvəllər də dini mərkəzlərin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, YUNESKO, Avropa Şurası ilə əməkdaşlığın vacibliyini bildirmiş, Qafqaz Müsəlmanları İdarəsinin həmin təşkilatların nəzdində xüsusi nümayəndəliklərinin yaradılması yönündə ilk addımları atmışıq” - deyə, QMİ sədri çıxışında bildirib.

Son xəbərlər

Orphus sistemi