Qafqaz Müsəlmanları İdarəsi Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsi Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb Ümumilikdə, 14 yerdə qanvermə aksiyası keçiriləcək
Din
175
19 Oktyabr , 2015 15:11
Qafqaz Müsəlmanları İdarəsi Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günündə - oktyabrın 24-də qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını açıqlayıb. QMİ-dən “Report”a verilən məlumata görə, həmin gün respublikanın müxtəlif məscid və ziyarətgahlarında, ümumilikdə, 14 yerdə qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik:

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər “Cümə” məscidi;

9. Gəncə şəhər “İmamzadə” məscidi;

10. Mingəçevir şəhər “Heydər” məscidi;

11. Şəki şəhər “Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər “Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

Qeyd edək ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura günündən bir gün əvvəl, yəni oktyabrın 23-dən - Tasua günündən başlayacaq.

Son xəbərlər

Orphus sistemi