Professor: “Bu gün islam mediada demonizasiya edilir”

Professor: “Bu gün islam mediada demonizasiya edilir” “Bu gün islam bir növ “bədheybətə”ə çevrilib və mediada demonizasiya edilir”.
Din
16 Mart , 2023 13:43
Professor: “Bu gün islam mediada demonizasiya edilir”

“Bu gün islam bir növ “bədheybətə”ə çevrilib və mediada demonizasiya edilir”.

“Report” xəbər verir ki, bunu Lester Universitetinin (Böyük Britaniya) nəzdində fəaliyyət göstərən media, kommunikasiya və sosiologiya məktəbinin dosenti İdil Osman Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra islamın demonizasiyası güclənib: "Bu gün Qərbdə terror aktlarının əksəriyyəti millətçilər tərəfindən həyata keçirilir. Amma söhbət belə hücumlardan gedən zaman dünya onları törədənləri hər hansı qrupa aid etmir, əksinə, onlara psixoloji dəstək verməyə çalışır. Digər tərəfdən, islam dininin bütün nümayəndələri bir qrup kimi qəbul edilir. İslama etiqad edən məşhur şəxslər isə əksinə müsəlmanların qrupundan ayrılır və onların dini kimliyi hamı tərəfindən unudulur”.

Son xəbərlər

Orphus sistemi