Patriarx Kirill: "Azərbaycan çoxəsrlik dinlərarası əməkdaşlıq və mehriban qonşuluq ənənələri ilə tanınır"

Patriarx Kirill: "Azərbaycan çoxəsrlik dinlərarası əməkdaşlıq və mehriban qonşuluq ənənələri ilə tanınır" "Təəssüf ki, son aylar dinlərarası və millətlərarası sülh sınaqdan keçir"
Din
17 Noyabr , 2014 12:10
Patriarx Kirill: Azərbaycan çoxəsrlik dinlərarası əməkdaşlıq və mehriban qonşuluq ənənələri ilə tanınır

Bakı. 17 noyabr. REPORT. AZ/ "Azərbaycan çoxəsrlik dinlərarası əməkdaşlıq və mehriban qonşuluq ənənələri ilə tanınır". "Report" xəbər verir ki, bu barədə Moskva və bütün Rusiyanın patriarxı Kirillin bu gün Bakıda dini tolerantlıq məsələlərinə həsr olunmuş konfransın açılış mərasimində oxunan müraciətində deyilir. 

Müraciətdə həmçinin Kirill qeyd edib ki, "təəssüf ki, son aylar dinlərarası və millətlərarası sülh sınaqdan keçir, həyəcanlı xəbərlər həm Ukraynadan, həm də Yaxın Şərqdən daxil olur. Rus pravoslav kilsəsinin dindarları da daxil olmaqla xristianların hüquqları kobud şəkildə pozulur".

"Əminəm ki, yalnız aparıcı siyasi və dini liderlərin möhkəm həmrəy mövqeyi ümumi dünya sabitliyinə ciddi təhlükə yaradan dini və milli zəmində münaqişələrin artmasının qarşısını ala bilər" - deyə, Patriarxın müraciətində qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi