Bakı. 2 oktyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Roma Papası Fransisk Azərbaycan xalqından onun üçün dua etməyi xahiş edib.
"Report" xəbər verir ki, Papa bunu Bakıdakı Heydər Məscidində onu qarşılamaq üçün gələn insanlara deyib.
"Hamınıza təşəkkür edirəm. Sizin üçün dua edəcəyəm. Həmçinin siz də mənim üçün dua edin", - deyə o bildirib.