Ötən il 179 din xadiminin fəaliyyətinə xitam verilib.
"Report" xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Sədr müavini qeyd edib ki, ötən ildə Komitə tərəfindən müsahibələrdən uğurla keçən 137 nəfərin (35 qadın və 102 kişi) məscid və ziyarətgahlara imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrinə təyin olunub. Həmçinin 29 nəfər din xadiminin rotasiya qaydasında vəzifəsi və iş yerlərinin dəyişdirildiyini deyib.
G.İsmayılov vurğulayıb ki, ötən il Komitədə 2 dini icma dövlət qeydiyyatından keçib. Fəaliyyət göstərən 995 dini qurumdan 958-i İslam, 37-si (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2 ) qeyri-islam təmayüllü dini qurumlardır. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar 2 müraciətə müsbət cavab verilib. Hazırda ölkədə 45 ixtisaslaşdırılmış satış məntəqəsi fəaliyyət göstərir. 2023-cü il ərzində idxalla bağlı Komitənin dinşünaslıq ekspertizasına daxil olan müraciətlərə diqqət çəkən
G.İsmayılov əlavə edib ki, 4,875 adda dini məzmunlu ədəbiyyat ekspertizadan keçirilib. 938 adda (730,339 ədəd) dini təyinatlı ədəbiyyata isə nəzarət markaları verilib.